Super Liqa təmsilçisi "Qalatasaray" transfer istiqamətini İtaliyaya çevirib.
"Operativ Media" xəbər verir ki, "sarı-qırmızılı" klub İtaliyanın "Yuventus" klubunun türk futbolçusu Kenan Yıldız ilə maraqlanır. Bu haqda "Fanatik" qəzeti məlumat yayıb.
Qeyd edək ki, Kenan Yıldız Türkiyə U-21 millisinin də şərəfini qoruyur.






