http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

AVRO-2024: Millilərin statistik göstəriciləri açıqlanıb

13 Sentyabr 2023 , 10:51
AVRO-2024: Millilərin statistik göstəriciləri açıqlanıb

UEFA AVRO-2024-ün seçmə mərhələsində VI turun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan millisi 52 ölkənin mübarizə apardığı tsikldə vurulan qollara görə 46-49-cu yerləri bölüşdürür. Yığmamızdan başqa Kipr, Estoniya və Farer adaları iki dəfə rəqib qapılarına yol tapıblar. Lixtenşteyn və Malta bir dəfə buna müvəffəq olubsa, San Marino və Cəbəllütariq milliləri hələlik fərqlənməyiblər.

Portuqaliya 24 qolla birinci pillədə qərarlaşıb. Seçmə mərhələdə dörd matç keçirən Azərbaycan komandası qapıya vurulan zərbələrdə də son sıralardadır. Futbolçuların 30 cəhdindən 11-i "çərçivə"yə düşübsə, 13-ü hədəfdən yayınıb, 6-sının qarşısı rəqib tərəfindən alınıb. Yığma bu göstəriciyə görə 47-cidir.

Millinin qapıçıları 4 görüşdə 20 qurtarış ediblər. Yığma bu göstəricidə Malta və Belarusla 6-8-ci yerləri bölüşdürür. Bu üç kollektiv buraxılan qol sayında isə 10-12-ci sıralardadırlar. Qapıçı Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə iki qarşılaşmada meydana çıxsa da, qurtarış sayına görə siyahıda yer alıb. Estoniya (1:1) və Belçika (0:1) ilə oyunlarda 10 dəfə seyv edən qolkiper 30-39-cu yerləri bölüşdürür.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi

"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi

Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu

Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu

XƏBƏR LENTİ
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
Menyu