Leonardo Bonuççi "Yunion Berlin"ə transfer olunduqdan sonra keçmiş komandası "Yuventus"u məhkəməyə verməyə hazırlaşır.
"Operativ Media" xəbər verir ki, klubun verdiyi qərarlardan zərər gördüyünü düşünən 36 yaşlı müdafiəçi İtaliya nəhəngini təzminat üçün məhkəməyə verəcək.
Bu yay "Yuventus"un ABŞ düşərgəsindən kənarlaşdırılan Leonardo Bonuççi ona lazımi məşq şəraitinin yaradılmadığını düşünür. Bonuççi İtaliya nəhənginin verdiyi bu qərarla zərər gördüyünü və imicinin zədələndiyini iddia edib.
"Yuventus"da 502 oyun keçirən Leonardo Bonuççi 37 qol vurub, 10 məhsuldar ötürmə edib. İtaliyalı müdafiəçi karyerasında "Milan", "Treviso", "Bari", "Piza" və "İnter"də də çıxış edib. İtaliya Futbolçular Assosiasiyası da ötən ay "Yuventus"un kollektiv iş müqaviləsini pozduğuna dair bəyanat yayıb.






