"Sabah" klubu "İnter"in sabiq hücumçusunu transfer edib

Əziz Əzizli
"Sabah" klubu "İnter"in sabiq hücumçusunu transfer edib

Transfer çalışmalarını davam etdirən "Sabah" klubu heyətinə yeni futbolçu cəlb edib.

"Operativ Media" xəbər verir ki, klub yeni transferin olacağını futbolçunun oynadığı klubları göstərərək sosial media hesablarında video şəklində paylaşıb.

Oynadığı klublara görə bəlli olub ki, bu futbolçu əlcəzairli hücumçu İshak Belfodildir. 

Transferin gün ərzində açıqlanacağı gözlənilir.

Digər xəbərlər