PSJ italyan futbolçusu Marko Verrattini Qətər klubuna satıb.
"Operativ Media" xəbər verir ki, Qətərin "Əl Ərəbi" klubu Marko Verrattini heyətinə qatıb.
Qətər klubu bu transfer üçün qarşı tərəfə 50 milyon avro ödəyib.
Qeyd edək ki, italyan yarımmüdafiəçi PSJ forması ilə 416 oyuna çıxıb. Bu matçlarda o, 11 qol vurub, 61 assist etməyi bacarıb.






