"Napoli"nin hücumçusu Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqada davam etdirə bilər.
"Operativ Media" "Daily Mail"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" Gürcüstan millisinin futbolçusunu transfer etməkdə maraqlıdır. 22 yaşlı futbolçu 2022-ci ilin iyulunda Batumi "Dinamo"sundan "Napoli"yə keçib. Transfer məbləği 13,3 milyon avro olub.Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Transfermarkt Kvaratsxeliyanı 85 milyon avro dəyərində qiymətləndirir.






