Menyu

"Turan Tovuz" yeni transferini açıqladı

Əziz Əzizli
"Turan Tovuz" yeni transferini açıqladı
1 dəq oxu

"Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Toqolu futbolçu Emmanuel Hakmanla 1+1 illik müqavilə bağlanıb. Karyerası ərzində Portuqaliyada "Boavişta", "Aveş", "Portimonense", "Jil Visente"nin formasını geyinən müdafiəçi son olaraq Serbiyada "Mladost"d oynayıb.

Qeyd edək ki, Hakman Toqo millisinin heyətində 8 oyunda meydana çıxıb.

Əlaqəli Xəbərlər