Orxan Məmmədov TFF prezidenti ilə görüşüb

Əziz Əzizli
Orxan Məmmədov TFF prezidenti ilə görüşüb

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov İstanbulda Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüş zamanı federasiyaların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, gələcəkdə mümkün layihələr və əməkdaşlıq perspektivləri müzakirə edilib. Bundan başqa, idarəetmə sahəsində müəyyən təcrübələr bölüşülüb. Tədbirin sonunda tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

Digər xəbərlər