Menyu

Musa Qurbanlılı "Yurqarden" növbəti oyununa çıxır

Əziz Əzizli
Musa Qurbanlılı "Yurqarden" növbəti oyununa çıxır
1 dəq oxu

Bu gün İsveç çempionatında 23-cü tura start veriləcək.

"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" də növbəti matçına çıxacaq.

Komanda öz meydanında "Varnamo" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, "Yurqorden" 40 xalla 4-cü pillədə qərarlaşıb və lider "Elfborq"dan 8 xal geri qalır. "Varnamo" isə 29 xalla 9-cudur.

Əlaqəli Xəbərlər