"Qəbələ" "Turan Tovuz"un, "Sabah" "Qarabağ"ın qonağı olacaq
Əziz Əzizli
Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
"Operativ Media" xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" "Qəbələ"ni qəbul edəcək. Matç saat 16:30-da başlayacaq.
Turun maraqla gözlənilən oyununda son çempion "Qarabağ" öz meydanında ötən mövsümün 2-cisi olan "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 19:30-da start götürəcək.
Qeyd edək ki, turun ilk 3 oyunu 15 və 16 sentyabr tarixlərində keçirilib.
17 sentyabr (bazar)
16:30. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Tovuz şəhər stadionu
19:30. “Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net