http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Musa Qurbanlının yararlana bilmədiyi qol epizodu - VİDEO

17 Sentyabr 2023 , 15:38
Musa Qurbanlının yararlana bilmədiyi qol epizodu - VİDEO

"Həmin epizodda topu qapıdan keçirə bilmədiyim üçün şokdayam”.

"Operativ Media" xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı ölkə çempionatının 23-cü turunda “Varnamo” ilə keçirilən oyunun 58-ci dəqiqəsində boş qapını dəqiq nişan ala bilmədiyi epizodu dəyərləndirərkən deyib.

21 yaşlı hücumçu öz meydanlarında gerçəkləşən matçda 1:2 hesablı məğlubiyyətə layiq olmadıqlarını söyləyib: “Qol vura bilmədiyim epizodda top qapıdan necə oldu keçmədi, başa düşə bilmirəm. Amma futbolda belə hallar olur. Mübarizəni davam etdirməliyəm. Fikrimcə, bu qarşılaşmada qələbə qazanmalı idik. İkinci hissəni çox yaxşı keçirdik, qol imkanları yaratdıq. Mənim də bir neçə şansım oldu. Matçı çevirə bilərdik, təəssüf ki, alınmadı”.

Forvard sentyabrın 24-də AİK-ə qarşı keçirəcəkləri növbəti tur matçına hazırlaşacaqlarını vurğulayıb: “Bizim üçün çətin axşam oldu. Lakin bunu unudub, AİK-lə derbini gözləyəcəyik. Çempionatda komandalar bir-birilərinə yaxındırlar. Mövsümün sonuna qədər mübarizəmizi davam etdirəcəyik”.

Qeyd edək ki, “Yurqorden” hazırda 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb

OXŞAR XƏBƏRLƏR
Avropa Liqası: "Qarabağ" "Molde"ni məğlub edir - YENİLƏNİR

Avropa Liqası: "Qarabağ" "Molde"ni məğlub edir - YENİLƏNİR

"Sumqayıt"ın futbolçusunun son durumu bəlli oldu

"Sumqayıt"ın futbolçusunun son durumu bəlli oldu

FİFA reytinqi: Azərbaycan millisi 6 pillə irəlilədi

FİFA reytinqi: Azərbaycan millisi 6 pillə irəlilədi

XƏBƏR LENTİ
  • 00:29

    Ceyhun Bayramov: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”
    Ceyhun Bayramov: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”
  • 00:27

    XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”
    XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”
  • 00:12

    Avropa Liqası: "Qarabağ" "Molde"ni məğlub edir - YENİLƏNİR
  • Dünən
    23:54

    Ceyhun Bayramov: “Azərbaycan öz ərazilərində qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi”
  • Dünən
    23:19

    Ceyhun Bayramov: "ATƏT həllin bir parçası olmaq şansını itirib"
  • Dünən
    23:04

    Ərdoğan BMT sammitində iştirak etmək üçün BƏƏ-yə səfər edib 
  • Dünən
    22:52

    Xersonda gün ərzində üçüncü dəfə partlayış baş verib
  • Dünən
    22:39

    Ceyhun Bayramov ATƏT-in iclasında regionda münaqişədən sonrakı reallıqlar barədə məlumat verib
Menyu