http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanlı hakim "A" kateqoriyası alıb

18 Sentyabr 2023 , 16:44
Azərbaycanlı hakim "A" kateqoriyası alıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) daha bir hakimi “A” kateqoriyalı hakim statusu alıb.

ACF-dən "Operativ Media"ya verilən məlumata görə, Kanadanın Alberta əyalətinin Kalqari şəhərində Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən hakimlər üçün “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib.

İmtahanda ACF hakimlər heyətinin üzvü Akif Tahirov da iştirak edib. Hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, 15-17 sentyabrda keçirilən böyüklər arasında Pan-Amerika və Okeaniya çempionatında görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən həmyerlimiz “A” kateqoriyalı hakimlik lisenziyasını əldə edib.

Qeyd edək ki, Akif Tahirov yarışda kişilər arasında 60 kq çəkidə bürünc medal uğrunda və 81 kq çəkidə final görüşündə, qadınlar arasında isə 63 kq çəki dərəcəsində finalda hakimlik edib. Komanda yarışlarında isə final görüşlərində ədalət təmsilçiləri arasında yer alıb.

OXŞAR XƏBƏRLƏR
Avropa Liqası: "Qarabağ" "Molde" səfərində - YENİLƏNİR

Avropa Liqası: "Qarabağ" "Molde" səfərində - YENİLƏNİR

"Sumqayıt"ın futbolçusunun son durumu bəlli oldu

"Sumqayıt"ın futbolçusunun son durumu bəlli oldu

FİFA reytinqi: Azərbaycan millisi 6 pillə irəlilədi

FİFA reytinqi: Azərbaycan millisi 6 pillə irəlilədi

XƏBƏR LENTİ
  • Dünən
    23:19

    Ceyhun Bayramov: "ATƏT həllin bir parçası olmaq şansını itirib"
  • Dünən
    23:04

    Ərdoğan BMT sammitində iştirak etmək üçün BƏƏ-yə səfər edib 
  • Dünən
    22:52

    Xersonda gün ərzində üçüncü dəfə partlayış baş verib
  • Dünən
    22:39

    Ceyhun Bayramov ATƏT-in iclasında regionda münaqişədən sonrakı reallıqlar barədə məlumat verib
  • Dünən
    22:30

    Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
  • Dünən
    22:26

    Şabranda silah-sursat aşkarlanıb
  • Dünən
    22:20

    Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək
    Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək
  • Dünən
    22:11

    Azərbaycanla ATƏT PA arasında əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
Menyu