"Empoli" baş məşqçisini göndərdi
Əziz Əzizli
A Seriyasının təmsilçisi "Empoli"nin baş məşqçisi Paolo Zanetti istefaya göndərilib.
"Operativ Media" xəbər verir ki, ötən həftə İtaliya A Seriyasında "Roma"ya 7:0 hesabı ilə uduzan və bu mövsüm hələ də xal toplaya bilməyən "Empoli" baş məşqçi Paolo Zanetti ilə müqaviləni ləğv edib.
İtaliya komandasının verdiyi açıqlamada Zanettinin köməkçiləri Alberto Bertolini, Nikola Beati və Fabio Trenti ilə də yolların ayrıldığı açıqlanıb.
Bu mövsüm hələ ki, xal toplaya bilməyən "Empoli" liqada sonuncu yerdədir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net