Menyu

DÇ: Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək

Əziz Əzizli
DÇ: Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək

Azərbaycan futzal millisi bu gün dünya çempionatının elit mərhələsində ikinci oyununu keçirəcək.

"Operativ Media" xəbər verir ki, yığmamız Niderlandla üz-üzə gələcək.

A qrupunun ilk görüşündə səfərdə Rumıniyaya (1:3) məğlub olan Vitali Borisovun yetirmələri bu rəqibini Bakı İdman Sarayında sınağa çəkəcəklər.

Kiprli hakimlərin idarə edəcəyi qarşılaşma saat 18:30-da start götürəcək.

Qeyd edək ki, Niderland yığması 1-ci turda öz meydanında Qazaxıstana 0:2 hesabı ilə məğlub olub.

Dünya çempionatı, elit mərhələ

A qrupu, 2-ci tur

20 sentyabr

18:30. Azərbaycan – Niderland

Hakimlər: Yianqos Yianqu, Nikolas Nikolau, Larisa Eleni Avramidu (Kipr).

Hakim-inspektor: Sebastian Stauiçki (Polşa).

UEFA nümayəndəsi: Avi Levi (İsrail).

Bakı İdman Sarayı

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər