Menyu

Andrey Lunyov: "Oyun praktikam bir qədər azdır"

Əziz Əzizli
Andrey Lunyov: "Oyun praktikam bir qədər azdır"

"Bu gün yaxşı oyun keçirdik. Düzdür, xeyli qol şansımız olsa da, yalnız birindən istifadə etdik. Əsas odur ki, 3 xal qazandıq”.

"Operativ Media" xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda Bakıda “Molde”yə qalib gəldikləri matçı (1:0) şərh edərkən deyib.

Rusiyalı qolkiper öz çıxışını belə dəyərləndirib: “Rəqibin elə də çox şansı olmadı. Düzdür, oyun praktikam bir qədər azdır, lakin ümumi olaraq çıxışımı normal qiymətləndirərdim”.

O, xeyli qol epizodlarını boşa vermələrinin səbəbini söyləməkdə çətinlik çəkib: “Ola bilər ki, bəzi epizodlarda konsentrasiya çatmadı. Yaxud ani qərar qəbul etmək mümkün olmadı. Rəqib qapıçının yaxşı çıxış etdiyini də deməliyəm”.

Lunyov rəqibin onları heç nə ilə təəccübləndirmədiyini vurğulayıb: “Molde”nin oyununu təhlil etmişdik. Prinsipcə, onlar bizi heç nə ilə təəccübəndirmədilər. Elə gözlədiyimiz futbolu da sərgilədilər”.

“Qarabağ”ın qapıçısı komandasının qrupdan çıxmaq şanslarını da dəyərləndirib: “Əgər növbəti oyunlarda da bugünkü kimi oynasaq, qrupdan çıxmağımız mümkündür. Hər şey özümüzdən asılıdır

Teqlər:

"Andrey Lunyov: \"Oyun praktikam bir q\u0259d\u0259r azd\u0131r\""

Əlaqəli Xəbərlər