22 Sentyabr 2023, 10:56
1-ci Liqa: Son 7 mövsümün rekordu
1-ci Liqa: Son 7 mövsümün rekordu şəkil
1-ci Liqa: Son 7 mövsümün rekordu

I liqanın II turu rekord nəticə ilə əlamətdar olub.

"Operativ Media" PFL-ə istinadən xəbər verir ki, “Şamaxı” öz meydanında “Araz Saatlı”nı 8:0 hesabı ilə məğlub edib.

Bu, klubun tarixində bütün turnirlər nəzərə alınmaqla ən böyükhesablı qələbə rekordunun təkrarıdır. Əsası 1997-ci ildə qoyulan, tarixi ərzində “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan indiki “Şamaxı” bunadək bir dəfə 8 top fərqi ilə qalib gəlib.

2003/04 mövsümündə “Xəzər Universiteti” Bakıda “Kəpəz”i eyni hesabla məğlubiyyətə uğradıb. 2003-cü il iyulun 5-də qeydə alınan nəticə 20 il 2 ay 16 gün, yəni 7383 gündən sonra təkrarlanıb.

Şamaxı şəhər stadionundakı nəticə həm də I liqada son 7 mövsümün ən böyük hesabıdır. 2016/17 mövsümündən sonra belə fərq ilk dəfə qeydə alınıb.

2016-cı il noyabrın 24-də “Səbail”lə “Bakılı” arasındakı matçda indiki kimi 8 top fərqi qeydə alınıb – 11:3. Sonuncu dəfə daha böyükhesablı qələbə isə həmin qarşılaşmadan 16 gün əvvələ təsadüf edib. “Zaqatala” öz meydanında “Energetik”i 10:0 hesabı ilə üstələyib

Son xəbərlər
XİN: Qırğızıstan ilə Tacikistan arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını  alqışlayırıq
Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Bakıda avtomobil yanıb
Ağdamda vağzal kompleksində tarixi kommunikasiya xəttinin inşası başa çatıb
XII Qlobal Bakı Forumunun üçüncü günü başlayıb
Azərbaycan PL: "Kəpəz" "Qarabağ"a, "Sabah" "Zirə"yə qarşı
Qırğızıstan XİN: Ermənistan və Azərbaycanın sülh yolunda əldə etdikləri tərəqqini alqışlayırıq