Menyu

Daha bir Azərbaycan güləşçisi qızıl medal qazandı

Əziz Əzizli
Daha bir Azərbaycan güləşçisi qızıl medal qazandı
1 dəq oxu

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

"Operativ Media" xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov final görüşünə çıxıb. İranlı Əlirza Mohmadipianiyə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaqlar.

Əlaqəli Xəbərlər