Azərbaycan PL: "Sabah" "Kəpəz"i, "Səbail" "Araz"ı qəbul edəcək
Əziz Əzizli
Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, "Sabah" doğma meydanda "Kəpəz"i qəbul edəcək. Masazırda keçiriləcək matç saat 17:00-da start götürəcək.
Günün 2-ci matçı da Bakıda baş tutacaq. "Səbail" "Araz-Naxçıvan" klubunu qonaq edəcək. Matç saat 19:30-da CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.