Menyu

"Qarabağ" monteneqrolu futbolçu ilə müqaviləni uzatdı

Əziz Əzizli
"Qarabağ" monteneqrolu futbolçu ilə müqaviləni uzatdı
1 dəq oxu

“Qarabağ” FK Marko Yankoviçlə müqaviləni yeniləyib.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. "Atlılar"la 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma iki il müddətinə uzadılıb. 

Monteneqrolu futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

2022-ci ilin yayından Ağdam təmsilçisində çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.

Əlaqəli Xəbərlər