Menyu

Şahruddin Məhəmmədəliyev "Beşiktaş"la oyunda olmayacaq - SƏBƏB

Əziz Əzizli
Şahruddin Məhəmmədəliyev "Beşiktaş"la oyunda olmayacaq - SƏBƏB
1 dəq oxu

Türkiyə Super Liqasında 3-cü turdan təxirə salınmış "Beşiktaş" - "Adana Demirspor" matçı keçiriləcək.

"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev bu matçda iştirak edə bilməyəcək. Buna səbəb 3-cü tur oyunları keçirilən həftə Şahruddinin "Adana Demirspor" klubuna keçidinin reallaşmamasıdır. Türkiyə Futbol Federasiyasının qaydalarına əsasən o həftədən sonra transfer edilən futbolçular o matçda iştirak edə bilməz.

Qeyd edək ki, dünən "Adana Demirspor" klubunda debüt edən Şahruddin qapısında 2 top görüb.

Əlaqəli Xəbərlər