25 Sentyabr 2023, 12:25
Julio Romao: "Bayer"lə oyunda 3 xal qazanmaq üçün köklənəcəyik"
Julio Romao: "Bayer"lə oyunda 3 xal qazanmaq üçün köklənəcəyik" şəkil
Julio Romao: "Bayer"lə oyunda 3 xal qazanmaq üçün köklənəcəyik"

"Qarabağ”ın futbolçusu Julio Romao Braziliya mətbuatına açıqlama verib.

"Operativ Media" xəbər verir ki, yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin ilk turunda Norveç klubu “Molde” üzərində qazanılan 1:0 hesablı qələbəni həmvətənləri üçün dəyərləndirib.

O, bundan sonrakı görüşlərə də eyni istəklə çıxacaqlarını bildirib: “Qələbə ilə başlamaq həmişə vacibdir. Bu, şübhəsiz ki, gələcəkdə bizə kömək edəcək. Deməli, düzgün başlamışıq ki, qələbə ilə mükafatlandırılırıq. Biz eyni diqqətlə davam etməliyik”.

“Qarabağ” yer aldığı H qrupunun III və IV turlarında Almaniya “Bayer”i ilə qarşılaşacaq. Romao rəqibdən çəkinmədiklərini söyləyib: “Bayer” nəhəng klubdur. Lakin biz xüsusən də ev oyununda üç xal qazanmaq üçün köklənəcəyik. Öz oyunumuzu göstərməyə çalışacağıq. Buna nail olacaq bacarıqda komandamız var. Avropa Liqası xüsusi yarışdır, hər bir futbolçu meydanda olmaq istəyir”.

Qeyd edək ki, “Qarabağ” qrupda ikinci oyununu oktyabrın 5-də İsveçdə yerli “Hakken”ə qarşı keçirəcək

Son xəbərlər
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib
Azərbaycan OECD DAC-ın yüksək səviyyəli iclasında beynəlxalq yardım təcrübəsini paylaşıb
Çin "CERES-1" raketi ilə kosmosa 6 peyk buraxıb
CHP fövqəladə qurultay keçirəcək
"SpaceX" kosmosa “NROL-57” casus peyki göndərib
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün Azərbaycanda 13 mindən çox ağac əkilib