Renat Dadaşovlu "Hatayspor" "Trabzonspor"u məğlub etdi
Əziz Əzizli
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Super Liqada növbəti oyununa çıxıb.
"Operativ Media" xəbər verir ki, Hatay təmsilçisi azarkeşləri önündə "Trabzonspor"u qəbul edib. Görüş "Hatayspor"un qələbəsiylə başa çatıb. Hesabda 0:2 geri olan komanda son dəqiqələrdə vurduğu qollarla geridönüş edib - 3:2.
Renat bu görüşün iştirakçısı olub. 84-cü dəqiqədə meydana daxil olan forvard 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Renat komandasının ikinci qolunun vurulmasında pay sahiblərindən olub.
"Hatayspor" 6 turdan sonra 10 xalla 4-cü sıradadır.