http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

"Neftçi"də yeni idarəetmə strukturu açıqlanıb

26 Sentyabr 2023 , 12:22
"Neftçi"də yeni idarəetmə strukturu açıqlanıb

"Neftçi”nin yeni strukturu təsdiqlənib. 

"Operativ Media"  xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Kluba Müşahidə Şurası rəhbərlik edir. "Neftçi"nin baş icraçı direktoru isə Fərrux Mahmudovdur. Müşahidə Şurasının idman üzrə müşaviri vəzifəsini Kamil Məmmədov yerinə yetirir.

Strukturda yeni departamentlər qruplaşdırılıb. İdman direktoru isveçli mütəxəssis Yens Andersson, administrativ işlər üzrə direktor isə Səbuhi Rzayevdir. Maliyyə üzrə direktor vəzifəsini Namiq Əlizadə icra edir.

“Neftçi” PFK-nın Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.

Yenilənmiş struktur daha da mərkəzləşdirilib. Bu struktura əsasən, departamentlər baş icraçı direktora tabedir, baş icraçı direktor isə müvafiq olaraq Müşahidə Şurasına hesabat verir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

XƏBƏR LENTİ
  • 22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • 21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • 21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
Menyu