Menyu

"Neftçi" Rusiya Premyer Liqasının bəzi klublarından yüksək səviyyədədir"

Əziz Əzizli
"Neftçi" Rusiya Premyer Liqasının bəzi klublarından yüksək səviyyədədir"

Rusiyalı futbolçu İlya Kuxarçuk “Ximki”də çiyin-çiyinə çıxış etdiyi Reziuan Mirzovun “Neftçi”yə keçidinə münasibət bildirib.

"Operativ Media" xəbər verir ki, rusiyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında transferin onun üçün sürpriz olduğunu etiraf edib: “Transferindən iki gün əvvəl onunla əlaqə saxladım. Mənə heç nə demədi. Təkliflərinin çox olduğunu, hələ getməyə hazır olmadığını bildirdi. İki gündən sonra isə “Neftçi” ilə müqavilə imzaladığını gördüm. Ona uğurlar arzulayıram. Düşünürəm ki, “Neftçi” çox güclü komandadır. Mirzov da keyfiyyətli oyunçudur”.

O, 30 yaşlı vingerin Rusiyada qalmamasına da münasibət bildirib: “Məncə, Mirzovun qərarına “Ximki”nin aşağı liqaya düşməsi təsir edib. Düşünürəm ki, “Neftçi” layiqli seçimdir. Bu komanda Rusiya Premyer Liqasındakı bəzi klublarından yüksək səviyyədədir

Teqlər:

"\"Neft\u00e7i\" Rusiya Premyer Liqas\u0131n\u0131n b\u0259zi klublar\u0131ndan y\u00fcks\u0259k s\u0259viyy\u0259d\u0259dir\""

Əlaqəli Xəbərlər