http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

AFFA Qurban Qurbanovun cəzasının müddətini açıqladı

27 Sentyabr 2023 , 13:48
AFFA Qurban Qurbanovun cəzasının müddətini açıqladı

AFFA İntizam Komitəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu 1 oyunluq cəzalandırıb.

"Operativ Media" xəbər verir ki, buna 51 yaşlı mütəxəssisin "Qəbələ"yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VII turunun oyununda ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulması səbəb olub.

Ağdam təmsilçisi buna görə 1000 manat cərimələnib. Komandanın müdafiəçisi Kevin Medina 2-si şərti olmaqla 4 oyunluq cəzalanıb. Kolumbiyalı futbolçu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Sınaq müddəti 3 ay təyin edilib.

Meydan sahiblərinin məşqçisi Rasim Ramaldanov 2 matçlıq cəzaya məruq qalıb. Mütəxəssis həmin qarşılaşmada meydana daxil olaraq rəqib futbolçuya aqressiv şəkildə təzyiq göstərdiyi üçün cəzalanıb. "Qırmızı-qaralar" bu səbəbdən 1000 manat ödəməli olacaq. Bundan əlavə, meydan sahibləri 5 üzvü sarı vərəqə aldığı üçün əlavə 700 manat ödəyəcək.

İntizam Komitəsi "Qarabağ"a xəbərdarlıq edib. "Köhlən atlar"ın azarkeşləri 88-ci dəqiqədə rəsmi şəxslərin ünvanına qeyri-etik ifadələr səsləndiriblər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu