Menyu

Messi oynamadı, "İnter Mayami" finalda uduzdu

Əziz Əzizli
Messi oynamadı, "İnter Mayami" finalda uduzdu
1 dəq oxu

Lionel Messi ABŞ-da ilk kubokunu qazana bilmədi. Onun çıxış etdiyi “İnter Mayami” finalda uduzdu.

"Operativ Media" xəbər verir ki, Messinin qolları sayəsində ABŞ Açıq Kubokunun finalına kimi irəliləyən mayamililər burada “Hyuston Dinamo”ya 1:2 hesabıyla uduzdu. Kiçik zədəsi olan argentinalı komandaya kömək edə bilmədiyindən oyunu tribunadan izləməli oldu.

Xatırladaq ki, MLS-də də son pillələrdə qərarlaşan “İnter Mayami” Messi və daha bir neçə təcrübəli oyuçunun gəlişindən sonra qələbələri sıralayıb. Kubokda da Messinin sayəsində komanda finala kimi gəlmişdi

Əlaqəli Xəbərlər