Menyu

Cəlal Hüseynov Bolqarıstanda ilk qolunu vurdu

Əziz Əzizli
Cəlal Hüseynov Bolqarıstanda ilk qolunu vurdu

Bolqarıstan çempionatında 11-ci turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Krumovqrad”la qarşılaşıb və inamlı qələbəyə sevinib – 3:1.

Cəlal da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 4-cü dəqiqədə Hüseynov vurub.

“Arda” hazırda 19 xalla 4-cü pillədə qərarlaşıb

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər