http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Tural Bayramlı: "Rəşad Sadıqov"Zirə"də yaxşı işlər görüb"

29 Sentyabr 2023 , 14:19
Tural Bayramlı: "Rəşad Sadıqov"Zirə"də yaxşı işlər görüb"

Bazar günü növbəti oyununa çıxacaq “Araz-Naxçıvan” “Zirə” ilə qarşılaşacaq. Liderlə oyunun hazırlığını davam etdirən debütanta qırmızı vərəqə cəzalısı olduğuna görə ötən matçı buraxan Mohammed Kadiri də kömək edə biləcək. 

Bəs komandada vəziyyət necədir? 

"Operativ Media" xəbər verir ki, yarımmüdafiəçi Tural Bayramlı bu barədə klubun saytına danışıb.

“Səbail”lə matçda biz yaxşı oynasaq da, çoxsaylı qol epizodlarını yaradan komandamız olsa da, 3 xalı rəqib qazandı. Əlbəttə, futbolun bu tərəfi də var: sən vurmasan, sənə vuracaqlar. Nəticə bizə pis təsir etdi, ancaq həmin görüşü unudub “Zirə” ilə matça köklənmişik. Məşqlərimizi gündə bir dəfə olmaqla davam etdirirk. Uşaqlar həvəslə hazırlaşır, əhval-ruhiyyə də yaxşıdır. Oyunumuzu bu şəkildə davam etdirsək, həm xal ehtiyatımızı artıracağıq, həm də komandalara başağrısı olacağıq”.

Yarımmüdafiəçi rəqiblə bağlı isə qısa danışıb: “Zirə” çempionatın iddialı komandalarındandır. Baş məşqçi Rəşad Sadıqov yaxşı işlər görüb. Bazar günü keçiriləcək matçda özümüzə uğurlar arzulayıram”.

Bayramlı rəqibin turnir cədvəlinə başçılıq etməsinin onlar üçün narahatlıq yaratmadığını da deyib: “Biz meydana çıxanda rəqibin hansı pillədə qərarlaşmasına deyil, öz oyunumuza, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə diqqət edirik. Təbii ki, zirvədə qərarlaşıblarsa, deməli, güclüdürlər. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Buna nə dərəcədə nail olacağımız oyun zamanı yaradacağımız qol epizodlarını realizə etməyimizdən asılıdır. Azarkeşlər baxımlı və maraqlı futbol izləyəcəklər”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu