Menyu

Musa Qurbanlılı "Yurqarden" qalib gəldi

Əziz Əzizli
Musa Qurbanlılı "Yurqarden" qalib gəldi

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" bu gün İsveç çempionatında 25-ci tur oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, komanda evdə "Halmstads"la üz-üzə gəlib. Matç "Yurqorden"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qurbanlı da bu görüşün iştirakçısı olub. 21 yaşlı hücumçu start heyətində meydana çıxıb və sonadək əvəzlənməyib.

"Yurqorden" - "Halmstads" 1:0

Qol: Berqvell, 82.

Qeyd edək ki, xallarını 43-ə çatdıran "Yurqorden" hazırda 4-cü, 29 xalı olan "Halmstads" isə 11-ci pillədəni tutur. Turnir cədvəlinə 52 xal toplayan və bir oyun az keçirən "Malmö" liderlik edir.

Teqlər:

"Musa Qurbanl\u0131l\u0131 \"Yurqarden\" qalib g\u0259ldi"

Əlaqəli Xəbərlər