01 Oktyabr 2023, 16:22
Alvares kəmərini qorudu
Alvares kəmərini qorudu şəkil
Alvares kəmərini qorudu

İkinci orta çəkidə mütləq dünya çempionu Saul Alvares (60 qələbə -2 məğlubiyyət) sabiq dünya çempionu Cermell Çarlonu (35-2) məğlubiyyətə uğradıb. Meksikalı boksçu hakimlərin yekdil qərarı ilə qələbə qazanıb (119-109, 119-108, 119-109).

"Operativ Media" xəbər verir ki, bütün döyüş ərzində Saul daha fəal tərəf olub və rəqibinə endirdiyi zərbələrin sayəsində üstün olub. Yeddinci raundda o, amerikalı idmançını nokdauna da göndərməyi bacarıb. Çəkisini artıraraq ilk dəfə burada döyüşən Çarlo titulunu qorumaq məcburiyyətində deyildi.

Alvares sonuncu dəfə keçən ilin mayında məğlub olub. ABŞ-nin Las-Veqas şəhərində yerləşən “T-Mobile” arenasında Alvaresi WBA çempionu rusiyalı Dmitriy Bivol (21-0) üstələmişdi

Son xəbərlər
Azərbaycan millisi (U-21) Şimali Makedoniya ilə heç-heçə etdi
Olaf Şolts hökuməti rəsmi olaraq istefa verib
DÇ-2026-ya daha bir komanda vəsiqə qazandı
Fransada iki təyyarə qəzaya uğrayıb
Paşinyan və ABŞ-nin dövlət katibi arasında telefon danışığı olub
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib
Xankəndidə iftar çadırları qurulub