UEFA yeni turnir formatı yaratmaq istəyir
Əziz Əzizli
UEFA avrokubokların formatının növbəti dəfə dəyişdirilməsini nəzərdən keçirir.
"Operativ Media" "Marca"ya istinadən xəbər verir ki, Avropa futbol qurumunun rəhbərliyi və Avropa Klublar Assosiasiyası üç divizionun - Superliqa, Avropa Liqası və Namizədlər Liqasının tətbiqini nəzərdən keçirir. Klublar divizionlarda yüksəlmək və aşağı liqaya düşməmək üçün də mübarizə aparacaqlar. UEFA İcraiyyə Komitəsinin oktyabrın sonunda bu məsələni müzakirə etmək üçün toplaşacağı gözlənilir. Yeni format qəbul edilsə, 2027-ci ildən sonra qüvvəyə minəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net