Menyu

"Çelsi" Vlahoviçi transfer etmək istəyib

Əziz Əzizli
"Çelsi" Vlahoviçi transfer etmək istəyib

Premyer Liqaya pis başlayan "Çelsi"  yay transfer dönəmində "Yuventus"un serb hücumçusunu transfer etmək istədiyi məlum olub.

"Operativ Media" xəbər verir ki, "Yuventus"un futbol direktoru Cristian Giuntoli yay transfer pəncərəsi zamanı "Çelsi"nin serbiyalı hücumçu Duşan Vlahoviç üçün təklif göndərdiyini açıqlayıb. Transfer dövründə Nikolas Cekson və Kristofer Nkunkunu da heyətinə qatan "Çelsi" Vlahoviçi də  heyətinə qatmaq istəyib.

Vlahoviç 2022/23 mövsümündə "Yuventus"da keçirdiyi ilk mövsümdə 42 matçda 14 qol vurub, lakin klubun davam edən maliyyə çətinlikləri səbəbindən yayda komandanı tərk edə biləcəyi irəli sürülüb. İtalyan nəhəngi hücumçunu transfer etmək üçün "Arsenal"la  transfer rəqabətinə girmiş və futbolçunu təxminən 70 milyon avroya "Fiorentina"dan transfer etmişdi.

Teqlər:

"\"\u00c7elsi\" Vlahovi\u00e7i transfer etm\u0259k ist\u0259yib"

Əlaqəli Xəbərlər