Menyu

"Vaalveyk"in qapıçısının son vəziyyəti məlum olub

Əziz Əzizli
"Vaalveyk"in qapıçısının son vəziyyəti məlum olub

Hollandiya Erediviziyasının 7-ci həftəsində "Vaalveyk" və "Ayaks" üz-üzə gəlib.

"Operativ Media" xəbər verir ki, "Mandemakers" stadionunda keçirilən matçın 84-cü dəqiqəsində ev sahibi "Vaalveyk"in qapıçısı Etyen Vaessen "Ayaks"ın futbolçusu Briean Broobey ilə toqquşub və yerdə qalıb.

 Vaessenə meydançada ilkin tibbi yardım göstərildikdən sonra 28 yaşlı qolkiper xəstəxanaya aparılıb. Yaranmış vəziyyətdən sonra matçın baş hakimi Pol van Boekel oyunu təxirə salıb.

"Vaalveyk"in futbolçusu Kramer, Hollandiyanın Studio Voetbal proqramında Etienne Vaessenin son vəziyyətini paylaşıb.

 Komandanın kapitanı Kramer açıqlamasında "Həkim və fizioterapevtin nəzarəti altında evə getdi. Hər şey yaxşı görünürdü. Pis bir şey yox idi. Hazırda yaxşıdır" deyə bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər