Azərbaycanlı hakim Avropa Liqası matçına təyinat aldı
Əziz Əzizli
UEFA Avropa Liqasının qrup mərhələsində oktyabrın 5-də keçiriləcək “Rakov” (Polşa) – “Ştrum Qraz” (Avstriya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, oyunun VAR hakimləri niderlandlı Jeroen Manschot və Sergey Ervin Blankdır.
Teqlər:
"Az\u0259rbaycanl\u0131 hakim Avropa Liqas\u0131 mat\u00e7\u0131na t\u0259yinat ald\u0131"