http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

1-ci Liqanın bəzi klublarının cərimələri açıqlandı

03 Oktyabr 2023 , 14:56
1-ci Liqanın bəzi klublarının cərimələri açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda I Liqanın 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Zaqatala” – MOİK oyununun 57-ci dəqiqəsində MOİK klubunun 8 nömrəli futbolçusu Xəyal Bədirov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, MOİK klubu 50 manat cərimə edilib.

“İmişli” – “Şamaxı” oyununda diktor tərəfindən Əsasnamənin tələbləri pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilib.

“İmişli” – “Şamaxı” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “İmişli” klubu 100 manat cərimə edilib.

“İmişli” – “Şamaxı” görüşündə I Zonada “A buraxılış”sız şəxslər olduğuna görə “İmişli” klubu 50 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “İrəvan” oyununda “İrəvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “İrəvan” klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “İrəvan” oyununun 87-ci dəqiqəsində “İrəvan” klubunun 9 nömrəli futbolçusu Ruslan Hacıyevin təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “İrəvan” klubu 200 manat cərimə edilib.

“Araz Saatlı” – “Mingəçevir” oyununun 70-ci dəqiqəsində “Araz Saatlı” klubunun 66 nömrəli futbolçusu Elşən Mirzəyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz Saatlı” klubu 80 manat cərimə edilib

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu