Menyu

"Qəbələ" Gənclər Liqasında ilk oyununa çıxır

Əziz Əzizli
"Qəbələ" Gənclər Liqasında ilk oyununa çıxır

Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

"Operativ Media" xəbər verir ki, Çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Bu, “Qəbələ”nin turnirdə 6-cı startıdır. Yarışda 2016/17 mövsümündə debüt edən “qırmızı-qaralar” daha bir cəhdi koronavirus pandemiyası səbəbindən 2020/21 mövsümünün ləğvinə görə baş tutmayıb.

Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 25-də Macarıstanda keçiriləcək. Bu cütün qalibi növbəti raundda “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

UEFA Gənclər Liqası

Çempionlar yolu, I mərhələ

4 oktyabr

16:00. “Qəbələ” (Azərbaycan) – “Puşkaş Akademiya” (Macarıstan)

Baş hakim: Sayat Karabayev (Qazaxıstan)

Qəbələ şəhər stadionu

Teqlər:

"\"Q\u0259b\u0259l\u0259\" G\u0259ncl\u0259r Liqas\u0131nda ilk oyununa \u00e7\u0131x\u0131r"

Əlaqəli Xəbərlər