http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Erlinq Holann: "Meydanda bir zombi kimiyəm"

06 Oktyabr 2023 , 15:26
Erlinq Holann: "Meydanda bir zombi kimiyəm"

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holann qol vurmaq bacarığının sirlərini bölüşüb.

"Operativ Media" xəbər verir ki, Çempionlar Liqasının son çempionu "Mançester Siti" ilə ilk mövsümündə qol rekordları qıran norveçli hücumçu Erlinq Holann özünü meydanda zombi kimi hiss etdiyini bildirib. Qol vurmağı aludəçilik kimi gördüyünü deyən Holann İngiltərə mətbuatı "The Telegraph"a verdiyi müsahibədə Premyer Liqada 42 matçda 44 qol vurmağın sirlərini bölüşüb.

“Bu, ətrafınızı müşahidə etmək və şansı gözləməkdən ibarətdir. Bilirəm ki, fürsət düşəndə hazır olmalıyam.

 Top ayağımda olmayanda, qaça bildiyim yerləri daim müşahidə edirəm. Düşünürəm ki, top bura getsə, bu baş verə bilər, top ora getsə, belə ola bilər. Bu içimdə hiss etdiyim hissdir. Bilirəm ki, komanda arxadan oyun qurarkən mənim iştirak etməyə ehtiyacım yoxdur.

 Mən orda durub uyğun anı gözləyirəm. Cərimə meydançasına girib topa bir neçə dəfə toxunub öz dünyama aid hərəkətlər edirəm. Bunu izah etmək çətindir, amma qol mövqeyi zamanı mən bədənimdən çıxıb zombiyə çevrilirəm”.

260 qolla Premyer Liqa tarixinin bombardiri Alan Şirerin rekordunu qırıb-qırmayacağı ilə bağlı sualı cavablandıran Holann, “Müqaviləmin bitməsinə 3 il 10 ay qalıb. Buna nail olmaq üçün hələ vaxtım var. Bu qədər qısa müddətdə bunu etmək asan deyil və bu barədə düşünə bilmirəm. Hazırda sadəcə növbəti oyunu və mövsümü düşünürəm. Rekordlar vaxt aparır, amma mən İngiltərədə daha 15 il qalsam, niyə də olmasın? Görək nə olacaq" deyib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

XƏBƏR LENTİ
  • 05:52

    XİN Ottavanın “Azərbaycanın suverenliyini hədəf alan” bəyanatını pisləyib
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
Menyu