Azərbaycan boksçuları Budvada Avropa kubokunda mübarizə aparacaq
Əziz Əzizli
Oktyabrın 8-də Monteneqronun Budva şəhərində boks üzrə Avropa kuboku start götürəcək. 6 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan milli komandası da iştirak edəcək.
"Operativ Media" xəbər verir ki, yarışda baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), Şamil Əskərov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) qüvvəsini sınayacaq.
Bu gün səfərə yollanan komandamız oktyabrın 16-da Bakıya qayıdacaq.
Qeyd edək ki, Avropa kubokunun püşkü oktyabrın 7-də atılacaq. Final döyüşləri isə ayın 14-də olacaq.
Teqlər:
"Az\u0259rbaycan boks\u00e7ular\u0131 Budvada Avropa kubokunda m\u00fcbariz\u0259 aparacaq"