Menyu

Renat Dadaşov dubl etdi, "Hatayspor" qələbə qazandı

Əziz Əzizli
Renat Dadaşov dubl etdi, "Hatayspor" qələbə qazandı

Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib.

"Operativ Media" xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Konyaspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. Komandasının ilk iki qolunu da Renat vurub. O, 22-ci dəqiqədə penaltidən, 55-ci dəqiqədə isə başla fərqlənib. Millimizin hücumçusu 31-ci dəqiqədə sarı vərəqə də alıb.

“Hatayspor” 8 turdan sonra 14 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb

Teqlər:

"Renat Dada\u015fov dubl etdi \"Hatayspor\" q\u0259l\u0259b\u0259 qazand\u0131"

Əlaqəli Xəbərlər