09 Oktyabr 2023, 10:11
Türk lirəsi dollar qaşısında ucuzlaşmağa davam edir
Oktyabrın 9-na olan məlumata görə, türk lirəsinin dollar qarşısında dəyəri tarixi minimumunu yeniləyib.
"Operativ Media" "RİA"ya isinadən xəbər verir ki, Moskva vaxtı ilə saat 8.56-a olan məlumata görə, dolların türk lirəsinə nisbətdə məzənnəsi əvvəlki bağlanış səviyyəsi olan 27,5405 lirədən 0,73% artaraq 27,7425 lirəyə yüksəlib.Bir neçə dəqiqə əvvəl bu rəqəm maksimum 28.1125 lirəyə çataraq, ilk dəfə olaraq 28 lirəni keçib.
Türkiyə valyutası ilin əvvəlindən avqust ayı istisna olmaqla, hər ay ucuzlaşıb. Lirə ən çox iyun ayında - təxminən dörddə bir azalaraq bir dollar üçün 20,8 lirədən 26 lirəyə düşüb. İyul ayında bu rəqəm artıq 27 lirə səviyyəsini keçib.