Menyu

"Borussiya Dortmund"un futbolçusu yeni rekorda imza atıb

Əziz Əzizli
"Borussiya Dortmund"un futbolçusu yeni rekorda imza atıb
1 dəq oxu

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Mats Hummels yeni rekorda imza atıb.

"Operativ Media" "Opta Sport"a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi buna "Union"a (Berlin) 4:2 hesabı ilə qalib gəldikləri VII turun oyununda nail olub. Bundesliqada 207-ci qələbəsini qazanan təcrübəli oyunçu Dortmund təmsilçisinin sabiq yarımmüdafiəçisi Mixael Sorkun (206) rekordunu qırıb.

Əlaqəli Xəbərlər