Türkiyə mediasının iddiasına görə "Fənərbağça"nın qapıçısı İrfan Can Eğribayata Azərbaycan millisində çıxış etmək üçün dəvət göndərilib.
Xəbəri dəqiqləşdirmək üçün AFFA-nın mətbuat xidmətinin katibi Elnur Məmmədli ilə əlaqə saxladıq. Elnur Məmmədli "Operativ Media"ya açıqlamasında belə bir dəvətin olmadığını bildirib.
"AFFA tərəfindən bu futbolçunun milliləşdirilməsi ilə bağlı heç bir təklif edilməyib".