Ayaz Quliyevin "Spartak"ı tərk etmə səbəbi bilindi
Əziz Əzizli
"Sabah”ın futbolçusu Ayaz Quliyevin Rusiyanı tərk etməsinin səbəbləri müəyyənləşib.
"Operativ Media" football24.ru saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Moskva “Spartak”ından baş məşqçi Domeniko Tedesko ilə mübahisə etdiyi və səhhətində problem yaşadığı üçün oranı tərk edib.
Bildirilir ki, Quliyev indi yenidən toparlanmağa çalışır: “Ayaz gənc yaşlarından nəzərəçarpan istedada malik olub. Meydanda “doqquzluğ”a dəqiq zərbələri və doğru yerdə olması ilə seçilirdi. Ancaq rəqabətdə uduzdu. “Rostov”dakı parlaq oyunu sayəsində “Spartak” onu qaytardı. Bu isə səhv qərar idi. “Spartak”da az oyun vaxtı qazandı, baş məşqçi ilə mübahisə yaşadı. Hətta buna görə Domeniko Tedeskodan şikayət etdi. Ardından “Arsenal” və “Ximki”də öz oyununu tapa bilmədi. Ayaz artıq Rusiya Premyer Liqası səviyyəsinə uyğun gəlmir. Təəssüf ki, bu, ağır ağciyər xəstəliyi ilə bağlı idi. Amma yenə də təslim olmur. Vəziyyəti dəyişmək üçün “Krasnodar”ın sabiq çalışdırıcısı Murad Musayevin rəhbərlik etdiyi “Sabah”a keçdi. Xoşbəxtliyə yenidən başlamaq istəyir”.
Qeyd edək ki, Ayaz Quliyevin “Sabah”la müqaviləsi 3 illik nəzərdə tutulub