Menyu

Rio Ferdinand Premyer Liqanın ən yaxşı mərkəz müdafiəçisini açıqlayıb

Əziz Əzizli
Rio Ferdinand Premyer Liqanın ən yaxşı mərkəz müdafiəçisini açıqlayıb

Mançester Yunayted"in sabiq futbolçusu Rio Ferdinand  Premyer Liqanın ən yaxşı mərkəz müdafiəçisi hesab etdiyi futbolçunu açıqlayıb.

"Operativ Media" xəbər verir ki, o, "Arsenal" və "Mançester Siti"nin futbolçularını fərqləndirib.

“Saliba çox yaxşıdır, o, həmişə topla və topsuz sakitdir. Amma məncə, o, güclü partnyor olmasaydı, o qədər də yaxşı iş görməyəcəkdi, çünki Qabriel da tərifə layiqdir. Liqanın ən yaxşı mərkəz müdafiəçisi? Hazırda mən Stounsu belə hesab edirəm”.

Con Stounz 2016-cı ildən "Mançester Siti"də çıxış edir. O, klub üçün Premyer Liqada 145 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Uilyam Saliba 2019-cu ildən "Arsenal"ın oyunçusudur. Klub onu üç dəfə Fransa komandalarına icarəyə verib, buna görə də müdafiəçi Premyer Liqada 35 matçda 2 qol və 2 məhsuldar ötürmə edib. Müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Teqlər:

"Rio Ferdinand Premyer Liqan\u0131n \u0259n yax\u015f\u0131 m\u0259rk\u0259z m\u00fcdafi\u0259\u00e7isini a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər