http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bu ilin doqquz ayında əsas kapitala 12 milyard 728,9 milyon manat vəsait yönəldilib

12 Oktyabr 2023 , 11:36
Bu ilin doqquz ayında əsas kapitala 12 milyard 728,9 milyon manat vəsait yönəldilib

Cari ilin yanvar-sentyabr aylarında əsas kapitala 12 milyard 728,9 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,3 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən "Operativ Media"ya bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,1 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 23,2 faiz artıb. İstifadə olunmuş vəsaitin 7 milyard 482 milyon manatı və ya 58,8 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 607,8 milyon manatı (36,2 faizi) xidmət sahələrinə, 639,1 milyon manatı (5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 9 milyard 839,7 milyon manatını və ya 77,3 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9 milyard 293,3 milyon manatı və ya 73 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,4 faiz, büdcə vəsaitləri 40,6 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, bank kreditləri 2,6 faiz, digər vəsaitlər isə 5,2 faiz təşkil edib.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu