13 Oktyabr 2023, 10:14
De Byazi "Qarabağ" və "Zirə"nin futbolçusundan imtina etdi

AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə qarşılaşacaq Azərbaycan millisinin “23-lüy”ü müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, baş məşqçi Canni de Byazi 3 futbolçunu iştirak ərizəsindən çıxarıb.
Daha əvvəl Eddi İsrafilov zədə səbəbindən heyətdən kənarlaşdırılmışdısa, “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə və “Zirə”nin vingeri Rüstəm Əhmədzadə də “23-lüy”ə salınmayıb.
Qeyd edək ki, bu gün Tallində keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq