"Kəpəz" Tovuzu seçdi
Əziz Əzizli
Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq "Kəpəz" ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. “Kəpəz” klubunun rəsmi müraciəti, “Turan Tovuz” klubunun razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası Gəncə təmsilçisinin Tovuz şəhər stadionunda oynaması ilə bağlı qərar qəbul edib. Tərəflərin razılığı ilə "sarı-göylər" qonaqlarını qış fasiləsinə qədər Tovuz şəhər stadionunda qəbul edəcək.
Klubun əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net