Menyu

Mario Balotelli Zlatan İbrahimoviçin cavabını verdi

Əziz Əzizli
Mario Balotelli Zlatan İbrahimoviçin cavabını verdi

Sonuncu dəfə "Milan"da çıxış edən və iyulun əvvəlində futbolu buraxan isveçli əfsanəvi Zlatan İbrahimoviç "Adana Dəmirspor"da çıxış edən Mario Balotellini tənqid edib.

"Operativ Media" xəbər verir ki, Mario Balotellinin istedadından istifadə edə bilmədiyini vurğulayan Zlatan, "Çox heyif! Mario çox istedadlı oyunçu idi, amma bütün istedadlarını itirdi" deyə açıqlama vermişdi.

Balotelli İbrahimoviçin sözlərinə sosial media hesabında paylaşdığı foto ilə cavab verib.

Təcrübəli hücumçu 2009-10 mövsümündə "İnter"lə qazandığı Çempionlar Liqası kubokunu paylaşıb və İsveç əfsanəsini tağ edib.

Xatırladaq ki, Zlatan İbrahimoviç peşəkar futbolçu karyerasında Çempionlar Liqası titulunu qazana bilməyib. Keçmiş isveçli futbolçu karyerasında ümumilikdə 32 kuboku başı üzərinə qaldırmağı bacarıb.

Teqlər:

"Mario Balotelli Zlatan \u0130brahimovi\u00e7in cavab\u0131n\u0131 verdi"

Əlaqəli Xəbərlər