Menyu

Qurban Qurbanov dünyanın ən nüfuzlu mükafatına layiq görüldü

Əziz Əzizli
Qurban Qurbanov dünyanın ən nüfuzlu mükafatına layiq görüldü

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Beynəlxalq Feyr Pley Komitəsinin (CİFP) oktyabrın 21-i Macarıstanın paytaxtı Budapeştdə keçirəcəyi qala gecəyə yollanacaq.

"Operativ Media" xəbər verir ki, təcrübəli çalışdırıcı oktyabrın 20-də "Turan Tovuz"la səfər qarşılaşmasından dərhal sonra Budapeştə yola düşəcək. 

Qurbanov karyerası ərzində daim "ədalətli oyun" prinsiplərinə sədaqətinə görə verilən dünyanın ən nüfuzlu mükafatına layiq görülüb və bunu qazanan ilk azərbaycanlı kimi idman tariximizə düşüb.

“Jean Borotra World Fair Play Career” mükafatını 2022-ci ilin yekunlarına əsasən dünyada Qurban Qurbanovla birgə cəmi 4 nəfər - amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunay qazanıb.Ötən il Qurbanov UEFA Konfrans Liqasının "Qarabağ"-"Marsel" oyununda İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirməsi ilə yadda qalmışdı.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər