18 Oktyabr 2023, 16:20
Azərbaycanın iki cüdoçusu olimpiya dünya reytinqində ilk “3-lük”də qərarlaşıb
Azərbaycanın iki cüdoçusu olimpiya dünya reytinqində ilk “3-lük”də qərarlaşıb şəkil
Azərbaycanın iki cüdoçusu olimpiya dünya reytinqində ilk “3-lük”də qərarlaşıb

Azərbaycanın iki cüdoçusu olimpiya dünya reytinqində ilk “üçlük”də yer alıb.

"Operativ Media" xəbər verir ki, bu, Beynəlxalq Cüdo Federasiyasının (IJF) açıqladığı siyahıda əksini tapıb.

Hidayət Heydərov 73 kq çəki dərəcəsində 3398 xalla ikinci pillədə qərarlaşıb. Zelim Kotsoyev (100 kq) 3560 xalla üçüncüdür.

60 kq-da Balabəy Ağayev 2688 xalla 5-ci, eyni çəkidə Turan Bayramov 1735 xalla 17-cidir.

66 kq-da Yaşar Nəcəfov (2588 xal) beşincidir.

81 kq-da mübarizə aparan idmançılardan Səid Mollayi (3083) 4-cü, Zelim Tçkayev (2079) 13-cü mövqedədir.

90 kq-da Murad Fətiyev (1864) 15-ci yerlə kifayətlənibsə, Uşanqi Kokauri (+100 kq) 2089 xalla 10-cu olub.

Qadınlardan 48 kq-da Leyla Əliyeva (1568) 22-ci, 52 kq-da Gültac Məmmədəliyeva (1640) 15-ci pillədə qərarlaşıb

Son xəbərlər
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib
Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib
Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib
FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb